Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Sosial mediadan istifadə” yə dair dəyirmi masa keçirilib.

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında “Sosial şəbəkələrdən istifadədə gənclərin yad və zərərli ideologiyaların təsiri altına düşməsi ilə milli- mənəvi və əxlaqi dəyərlərə təhdid yaradan hallar” mövzusunda dəyirmi masa təşkil edilib. Tədbirdə giriş sözü ilə çıxış edən universitetin ümumi işlər üzrə prorektoru Xəyal Camalov sosial şəbəkələrdən istifadə etməklə gənclərin ekstremist fəaliyyətə cəlb edilməsinə qarşı mübarizənin xüsusiyyətləri mövzusunda məlumat verib. Qeyd edilib ki, günü-gündən inkişaf edən sosial mediadan düzgün istifadə etmək gələcək nəslin düzgün formalaşmasında xususi rol oynayır. Sosial şəbəkələr öz yenilikləri ilə bərabər, elmi- mədəni və mənəvi- əxlaqi dəyərlərə, ailə instutuna, gənc nəslin psixoloji- fiziki yetkinləşməsinə və tərbiyəsinə, ümumən ictimai davranış və münasibətlər sisteminə ciddi təsir edir. Prorektor tələbələrə sosial mediadan düzgün istifadə barədə öz tövsiyyələrini çatdırıb. “Sosial mediadakı təhlükəli oyunlar, radikallıq və terrorçuluqla sosial şəbəkələrdən istifadə” mövzusunda çıxış edən “İqtisadiyyat fakültəsi” “Bələdiyyə və turizim” kafedrasının müəllimi Asif Abdullayev bildirib ki, gənclər maraq dairəsinə, yaşına, dini əqidəsi və s. bu kimi meyarlara görə sosial şəbəkələrdə əlaqə və ünsiyyət qururlar. Dünya statistikasına əsasən insanlar hər gün internet resurslarında 6 saat 43 dəqiqə vaxt sərf edir, bununla da oyaq vaxtının təxminən 40 faizini internet resurslarında, sosial şəbəkələrdə və digərlərində keçirir. “İnformasiya kommunikasiya texnologiyaları və elektron təhsil şöbəsinin böyük mühəndisi” Əbülfəz Əliyev Sosial medianın müsbət və mənfi tərəflərindən danışıb. Dəyirmi masa müzakirələr şəklində davam edib.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)