Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Teymur Abbasovun “İdarəetmə uçotu: Beynəlxalq və Milli uçot standartları” dərs vəsaitinin təqdimatı keçirilib.

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Universitetin professoru Teymur Abbasovun “İdarəetmə uçotu: Beynəlxalq və Milli uçot standartları”adlı kitabın təqdimatı keçirilib. Təqdimatı giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru,tarix üzrə fəlsəfə doktoru, dosent Elburus İsayev bildiribki kitab dərs vəsaiti kimi müvafiq ixtisasların tələbələri üçün qiymətli elmi mənbədir.Tədbirə onlayn olaraq qatılan Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktorunun müavini,iqtisad elmlər doktoru Ramil Hüseynov kitab haqqında geniş məlumat verib. “İqtisadiyyat” kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Ceyhun Mahmudov “İdarəetmə uçotu: Beynəlxalq və Milli uçot standartları” kitabın 9 fəsil və əlavələrdən ibarət olduğunu bildirib.Müəllif dərs vəsaitində idarəetmə uçotunun nəzəri metodoloji əsasları, məsrəflə və onların təsnifatı, eyni zamanda məhsulların , işlərin və xidmətlərin maya dəyərinin kalkulyasiyası əsasları nəzərdən keçirilmişdir. “Dünya iqtisadiyyatı və menecment” kafedrasının müdiri , iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımov dərs vəsaitinin Ali Təhsil müəssisələrinin bakalavr, magistr,doktorant,dissertant,baş mühasiblər, peşəkar mühasiblər, iqtisadçılar ,menecerlər ,maliyyəçilər və auditorların hər zaman istifadə edə biləcəyi bir kitabdır.Tədbirdə çıxış edənlər müəllifi təbrik edərək ,ona işlərində uğurlar arzulayıblar.Sonda müəllif kitabın ərsəyə gəlməsində göstərilən diqqət və qayğıya görə əməyi keçən hər kəsə minnətdarlığını bildirib.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)