Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Kitablardan Pıçıltılar lahiyəsi çərçivəsində “Oxunması zəruri olan kitablar”dan Cek Londonun “Həyat eşqi” əsərinin müzakirəsi keçirilib

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında Cek Londonun “Həyat eşqi” adlı əsərinin müzakirəsi keçirilmişdir. Qeyd etmək lazımdır ki, bu əsər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Oxunması zəruri olan kitablar” siyahısına daxil edilmişdir Müzakirəni açıq elan edən Elmi Kitabxananın direktoru Fariz Əhmədov XX əsr Amerika ədəbiyyatının realist yazıçısı Cek Londonun yaradıcılığına nəzər salıb. Bildirib ki, ağır həyat sürmüş yazıçının 50 roman və 200-ə yaxın hekayəsinə 50-dən artıq film çəkilib.Cek Londonun qələmə aldığı əsərlərin qəhrəmanlarının insanlar olduğunu deyən Ə.Quliyev müəllifin “Həyat eşqi” hekayəsində insan ilə təbiətin qarşıdurmasından və sonda insanın iradəsi hesabına düşməninə qalib gəlməsindən bəhs edildiyini söyləyib. O, yazıçının dərin məna kəsb edən əsərlərinin oxucunu düşünməyə sövq etdiyini vurğulayıb. Daha sonra “Fizika müəllimliyi üzrə II kurs “ tələbəsi İsmayılova Mədinə "Oxunması zəruri olan kitablar haqqında" Sərəncamının əhəmiyyətindən bəhs edərək, tövsiyə olunan nəşrlər sırasında Azərbaycanın klassik və müasir ədəbiyyatı ilə yanaşı, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin də yer aldığını bildirib. Əsər haqqında öz fikirlərinin və düşüncələrini tədbir iştirakçıları ilə bölüşmüşdür. Daha sonra tələbələrin iştirakı ilə əsərin müzakirəsi aparılıb.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)