Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Gənclərin vahid dövlət ideologiyası ətrafında birləşməsi, onların yad və zərərli ideologiyalarından qorunması, dövlətçilik və millilik anlayışları”

Ali təhsil ocağının Elmi kitabxanasında “Gənclərin vahid dövlət ideologiyası ətrafında birləşməsi, onların yad və zərərli ideologiyalarından qorunması, dövlətçilik və millilik anlayışları” mövzusunda dəyirmi masa təşkil edilib. Tədbiri giriş sözü ilə açan universitetin ümumi işlər üzrə prorektoru Xəyal Camalov gənclərin zərərli və yad ideologiyalardan qorunması yolları, millilik anlayışı mövzusunda çıxış edib. Radikal vəhhabilərin, nurçuların fəaliyyətlərinin əsas istiqamətləri, süleymançılar, isgəndərçilər və dini duruma təsir edən amillər mövzusunda məlumat verilib. Beynəlxalq münasibətlər kafedrasının müdiri dosent Şamxal Məmmədov “Dünyada və Azərbaycanda dövlətçilik ənənələri” mövzusunda çıxış edərək vurğulayıb ki, hər bir xalqın əsrlər boyu zənginləşən dövlətçilik ənənələrinin vahid sistem halına gəlməsi uzunmüddətli təkamül prosesinin nəticəsidir. Vurğulanıb ki, Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir, xalqımızın siyasi varlığında dövlətçilik mühüm əhəmiyyət kəsb edir. Universitetin baş hüquqşünası Cəbrayıl Həsənzadə zərərli ideoloji cərəyanlar, onlara qarşı mübarizə və Azərbaycan multikulturalizm mövzusunda çıxış edib. Məzhəb anlayışı, hakimiyyət hadisəsi, ilk islami məzhəblər, din və ağıl, dini anlama yolları, Azərbaycan və multikultralizim və digər mövzularda tələbələr məlumatlandırılıb. Sonda tələbələrin sualları ətrafında müzakirələr davam edib.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)