Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Əbülfəz Əzimlinin “Əsərləri” (100 cilddə.cild-1) adlı kitabın təqdimatı keçirilib.

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Əbülfəz Əzimlinin “Əsərləri (100 cilddə. Cild 1)” “Dilin və nitqin tətbiqi nəzəriyyəsi və poetikası” adlı I kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə universitetin Tədris şöbəsinin müdiri Şahin Əliyev açaraq müəllifin uzun illərə dayanan elmi - pedoqoji fəaliyyətindən söhbət açıb. Azərbaycan dilçiliyinin öyrənilməsi və tətbiqinə dair kitabı yüksək qiymətləndirən Şahin Əliyev müəllifə gələcək elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıb. “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Arif Ağalarov məruzə ətrafında çıxış edərək diqqətə çatdırıb ki, Əbülfəz Əzimlinin monoqrafiyası linqvistik nəzəriyyə və poetika seriyasının I kitabıdır. Burada ilk dəfə olaraq dil və nitqin vahid kontekstdə təsrif və təsnif edilib. Vurğulanıb ki, kitab tədqiqatçılar, alimlər, müəllimlər, tələbələr və bütün təbəqələrdən olan oxucular üçün nəzərdə tutulub. Tarix- filologiya fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Bağırov müəllifin həyat və yaradıcılığından geniş məlumat verib.Rəsul Bağırov Əbülfəz müəllimi yeni uğuru münasibəti ilə təbrik edib ona yaradıcılıq uğurları arzulayıb. Tədbirdə çıxış edənlər müəllifin yaradıcılığını yüksək qiymətləndiriblər. Müəllif sonda çıxış edərək kitabı haqda səsləndirilən dəyərli fikirlərə görə öz minnətdarlığını ifadə edib.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)