Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Xanəli Kərimlinin “Tanrı müjdəsi” (Şeirlər və poemalar) adlı kitabın təqdimatı keçirilib.

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının dosenti, filologiya üzrə fəsəfə doktoru Xanəli Kərimlinin “Tanrı müjdəsi” (şeirlər və poemalar) adlı kitabının təqdimat mərasmi keçirilib. Qeyd edək ki, tədbirdə çox sayda universitet müəllimi iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov şairin yaradıcılığı haqqında geniş məlumat verdi. Onun şəxsiyyətini və yaradıcılığını yüksək qiymətləndirib. Tədbirdə Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Arif Ağalarov, Tarix-filologiya fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Bağırov,Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru,filologiya elmləri doktoru Sədaqət Həsənova Xanəli Kərimlinin həyat və fəaliyyəti haqda danışıb. Qeyd edilib ki, Xanəli Kərimli şairlik istedadı ilə bərabər pedaqoji fəaliyyəti ilə hər zaman öndə olub, müəllim yoldaşlarının, dərs dediyi tələbələrin dərin hörmət və ehtiramını qazanıb. Diqqətə çatdırılıb ki, “Tanrı müjdəsi (şeirlər, poemalar)” kitabı şarin 70 illik yubileyinə özünün ərməğanıdır. Müəllif sonda çıxış edərək kitabı haqda səsləndirilən dəyərli fikirlərə görə öz minnətdarlığını ifadə edib.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)