Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Kitablardan pıçıltılar layihəsi çərçivəsində “Oxunması zəruri olan kitablar”dan Sədi Şirazinin”Gülüstan” əsərinin müzakirəsi

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında “Oxunması zəruri olan kitablar” siyahısına salınmış Sədi Şirazinin “Gülüstan” əsərinin müzakirəsi keçirilimişdir. Tədbiri giriş sözü ilə açan Elmi Kitabxananın direktoru Fariz Əhmədov bildirmişdi ki , "Oxunması zəruri olan kitablar"ın siyahısına nəzər saldıqda həm Azərbaycan ədəbiyyatının, həm də Dünya ədəbiyyatının nümayəndələrinin əsərlərini görə bilərik. Belə ki, bu Sərəncam gənc nəsli həm milli vətənpərvər, həm də dünyəvi proseslərdən məlumatlı və dünya mədəniyyətinə yaxından bələd olmağa səsləyir. "Oxunması zəruri olan kitablar" təkcə mövzu müxtəlifliyi ilə seçilmir. Onların müəlliflərinin dünyagörüşü və coğrafiyası da fərqlidir. Bu kitabların hər biri istənilən məqamda azərbaycanlı gəncin yoluna işıq salma gücünə malikdir. Daha sonra Filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent İman Cəfərov vurğulamışdır ki, XIII əsrin ortalarında Şiraz şəhərində yaşayıb yaratmış Sədi Şirazi həqiqət və gözəllik şairi kimi tanınmış ,Hafizin təbirincə desək fars dili qəzəlinin formalaşmasının banisi hesab edilirmiş.”Gülüstan” kitabının səkkiz fəslə bölməsindən-hökümdarın rəftarı, dərvişlərin əxlaqı, qənaətin fəziləti və susmağın faydalarından danışaraq çoxlu hekayə, rəvayət və Qurandan ayələrlərdən söhbət açmışdı.”Gülüstan” kitabının hər kəsin oxuyacağı bir kitab olduğunu tövsiyyə etmişdir. Tədbir iştirakçıların əsərlə bağlı müzakirəsi ilə davam etmişdir

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)