Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Kitablardan Pıçıltılar layihəsi çərçivəsində “Oxunması zəruri olan kitablar”dan “İslamda müdrik kəlamlar” adlı kitabın müzakirəsi

NDU Elmi Kitabxanasının təşkilatçılığı ilə “İslamda müdrik kəlamlar” adlı kitabın müzakirəsi keçirilmişdir. Müzakirəni giriş sözü ilə açan kitabxananın direktoru Fariz Əhmədov “Oxunması zəruri olan kitablar” siyahısına salınmış bu kitabın əhəmiyyətindən bəhs etmişdir. Bildirilmişdir ki, müzakirə olunan kitab ölkə Prezidentinin “Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” 2 iyun 2016-cı il tarixli Sərəncamına əsasən hazırlanmışdır. İslam dininin yaranması tarixindən bəhs edən universitetin baş hüquqşünası Cəbrayıl Həsənzadə İslam tarixinin təşəkkülünü Quranın nazil olması və hədislərin tərtibi ilə yanaşı, müxtəlif İslam elmlərinin yazılışı ilə birlikdə başladığını vurğulamışdır. Qeyd olunmuşdur ki, İslam dininin bəşəriyyətə çatdırdığı missiya universal ölçüdədir. Daha sonra çıxış edən “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasının III kurs tələbəsi Elmar İsgəndərov çıxış edərək “İslamda müdrik kəlamlar” kitabı haqqında məlumat vermişdir. O, 7 bölümdən ibarət olan kitabda elm və təhsil əlaqələri, ana və ataya hörmət, ədəb qaydaları, dostluq və tərbiyə, əxlaq və xeyirxah əməllər, ailə münasibətləri, idarəetmə və ədalət, Vətən və şəhidliklə bağlı 242 müdrik kəlamın yer aldığından bəhs etmişdir. Natiq, gənc nəslin dini dünyagörüşünün düzgün formalaşmasında bu kimi ədəbiyyatların mühüm rolu olduğunu vurğulamışdır. Tədbir iştirakçıların suallarının cavablandırılması ilə davam etmişdir.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)