Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Oxunması zəruri olan kitablar”dan Eynəli bəy Sultanovun “Məqalələr”inin müzakirəsi.

NDU Elmi Kitabxanasında Eynəli bəy Sultanovun “Məqalələri” müzakirə olunmuşdur. Müzakirəni açıq elan edən universitetin Elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov “Oxunması zəruri olan kitablar” siyahısında yer alan kitabların müzakirəsinin artıq ənənə halını aldığını vurğulamışdır. Daha sonra çıxış edən Fərid Əliyev Eynəli bəy Sultanovun həyat və yaradıcılığından bəhs etmişdir. Natiq yazıçı-publisist, maarifçi-pedaqoq, dramaturq kimi fəaliyyət göstərən Eynəli bəyin, eyni zamanda, tərcüməçi və teatr tənqidçisi kimi də xidmətlərindən bəhs etmişdir. Eynəli bəy Sultanovun “Məqalələr”indən bəhs edən AMEA Naxçıvan Bölməsi İncəsənət,Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri,filologiya üzrə fəlsəfə doktoru,dosent Elxan Məmmədov yazıçının xalqımızın maariflənməsi yolunda göstərdiyi misilsiz xidmətlərindən bəhs etmişdir. Məlum olmuşdur ki, Azərbaycan ədəbiyyatı və tarixi üçün qiymətli əsərlər yazmış müəllifin müzakirə olunan kitabında 120-dən çox məqalə yer almışdır. Tədbir iştirakçıların suallarının cavablandırılması ilə davam etmişdir.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)