Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Vətənpərvərlik mövzusunda “Ən yaxşı şeir müəllifi” və “Ən yaxşı şeir qiraətçisi” adlı müsabiqə

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasının təşkilatçılığı ilə tələbələr arasında vətənpərvərlik mövzusunda “Ən yaxşı şeir qiraətçisi” və “Ən yaxşı şeir müəllifi” nominasiyaları üzrə müsabiqə keçirilmişdir. Tədbiri giriş sözü ilə açıq elan edən “Elm və innovasiyalar” şöbəsinin müdiri Rza Məmmədov bu kimi müsabiqələrin keçirilməsinin istedadlı gənclərin üzə çıxarılmasında mühüm rolu olduğunu vurğulamışdır. O, belə tədbirlərin keçirilməsinin ənənə halını almasının vacibliyindən də bəhs etmişdir. Elmi Kitabxananın direktoru Fariz Əhmədov, universitetin baş hüquqşünası, şair Cəbrayıl Həsənzadə , “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının əməkdaşı Seyfəddin Eyvazlı, “Teatr və mədəniyyətşünaslıq” kafedrasının müdiri, dosent Gülxarə Əhmədova və Xanəli Kərimlinin münsifliyi ilə keçirilən müsabiqədə müxtəlif ixtisaslardan 17 tələbə iştirak etmişdir. Hər nominasiya üzrə üç yer müəyyənləşdirilmişdir. “Ən yaxşı şeir qiraətçisi” nominasiyası üzrə müsabiqədə birinci yerə “Aktyor sənəti” ixtisası üzrə I kurs tələbəsi Xəlil Hüseynov, ikinci yerə “Musiqi müəllimliyi” ixtisası üzrə I kurs tələbəsi Aişə Əliyeva, üçüncü yerə isə “Coğrafiya müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi Aynur İbrahimova layiq görüldü. “Ən yaxşı şeir müəllifi” nominasiyası üzrə müsabiqədə birinci yerə Xarici vətəndaşlar üçün hazırlıq kursunun “Tibb” ixtisası üzrə dinləyiciyicisi Tan Osman Memet, ikinci yerə “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının II kurs tələbəsi Zibeydə Əlizadə, üçüncü yerə isə “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının II kurs tələbəsi Hüseynova Roza layiq görüldü.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)