Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Antoine de Saint-Exupery “Balaca şahzadə”

Kitab insan həyatında mühim əhəmiyyətə malikdir.NDU Elmi Kitabxanasında Tələbə Gənclər Təşkilatı və Fizika-riyaziyyat fakültəsinin təşkilatçılığı ilə “Oxunması zəruri olan kitablar” siyasına salınmış Antuan de Sent Ekzüperinin “Balaca şahzadə” əsərinin müzakirəsi keçirilimişdir. Tədbiri giriş sözü ilə açan Fizika-riyaziyyat fakültəsinin dekanı Orxan Cəfərov “Oxunması zəruri olan kitablar”ın gənc nəslin tərbiyəsində mühüm rol oynadığını vurğulamışdır. Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov tələbələrin mütaliəyə olan marağından bəhs etmiş, onların bu tip kitab müzakirələrində fəal iştiraklarının vacibliyi haqqında danışmışdır. Daha sonra Elmi Kitabxananın baş kitabxanaçısı Çinarə İsmayılova Antuan de Sent Ekzüperinin həyat və yaradıcılığından, “Balaca şahzadə” əsərinin bədii xüsusiyyətlərindən söhbət açmışdır. Tələbələrdən “Riyaziyyat müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi, Fizika-riyaziyyat fakültəsi üzrə TGT-nin sədri Aysel Hüseynova, “Riyaziyyat və informatika” ixtisası üzrə 3-cü kurs tələbəsi Jalə Cəfərova “Balaca şahzadə” əsərindən hissələr səsləndirməklə onu təhlil etmişlər. Tədbir iştirakçıların əsərlə bağlı müzakirəsi ilə davam etmişdir.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)