Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Mister Hemferin xatirələri”

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan əsərlərin müzakirəsi davam etdirilir. Aprelin 9-da Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan “Mister Hemferin xatirələri” (İngilis casusunun etirafları) kitabının müzakirəsi keçirilmişdir. Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasının direktoru Fariz Əhmədov açaraq bildirib ki, “Oxunması zəruri olan kitablar haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı gənclərimiz tərəfindən yüksək qiymətləndirilir. Bu kitablar gənc nəsildə vətənpərvərliyi, tarixə və milli kökə bağlılığı, dünyagörüşünün formalaşdırılmasını təbliğ edir. Bu əsərlərin mövzusu müxtəlif olsa da onlar hamısı bir məqsədə xidmət edir. Bu kitabların hamısı zəngin olmaqla gənc nəslin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Bu gün müzakirə olunan “Mister Hemferin xatirələri” kitabı da olduqca maraqlı olması ilə diqqəti cəlb edir. Kitabda vaxtilə İngiltərənin Müstəmləkələrə Nəzarət Nazirliyində işləmiş və müsəlman ölkələrinə casus kimi göndərilmiş Mister Hemferin xatirələrinə oxucu laqeyd qala bilmir. Kitab müzakirəsində Naxçıvan Dövlət Universitetinin “Memarlıq və mühəndislik” fakültəsinin tələbələri “Əsərin fəsillərə görə təhlili”, “Mister Hemferin xatirələri”, “İngilislərin islamla düşmənçilikləri” mövzularında çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, kiçik həcmli bu kitabda müstəmləkə xalqlarına qarşı böyük təbliğat və düşmənçilik əməlləri sadə bir dillə izah olunur. Böyük həyat həqiqətlərini öyrənmək üçün bu kitabı hər bir gənc diqqətlə mütaliə etməlidir. Sonra tələbələrin sualları cavablandırılıb və kitab sərgisinə baxış olub.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)