Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı regional dövlət proqramlarının icrası müstəvisində” (2004-2018-ci illər)

9 aprel 2021-ci il tarixində Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında “Dünya iqtisadiyyatı və menecment” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Cavadxan Qasımovun “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı regional Dövlət proqramlarının icrası müstəvisində (2004-2018-ci illər)” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan universitetin Elm və innovasiyalar bölməsinin müdiri Rza Məmmədov geniş nitqlə çıxış edərək bildirdi ki, İqtisadiyyatın sürətli inkişafı, beynəlxalq münasibətlərin dərinləşməsi, iqtisadi inteqrasiya prosesinin geniş vüsət alması ilə Azərbaycan iqtisadiyyatına dünyada marağın artmasının bu gün əyani şahidi oluruq. İqtisadi islahatların həyata keçirilməsi üçün münbit şəraitin yaradılması, milli iqtisadiyyatımızın bazar münasibətləri əsasında inkişafına konstitusion təminatın verilməsi, neft müqavilələrinin imzalanması, xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi, ölkəmizin beynəlxalq əhəmiyyətli strateji-iqtisadi layihələrə qoşulması, dünyanın qabaqcıl dövlətləri ilə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı regional dövlət proqramlarının icrası müstəvisində” (2004-2018-ci illər) kitabında da bütün sadalananlara ən yüksək səviyyədə elmi əsas verildiyini qeyd etdi. “Dünya iqtisadiyyatı və menecment kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru dosent Ceyhun Mahmudov, İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərov, Mühasibat uçotu və maliyyə kafedrasının müdiri, iqtisad üzrə elmlər doktoru, professor Teymur Abbasov dərs vəsaiti haqqında geniş məlumat veriblər .Dərs vəsaitində 2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları dövründə muxtar respublikada əldə olunan çoxşaxəli perspektivlərdən söhbət açılıb, 9 fəsildən ibarət dərs vəsaitində muxtar respublikanın sosial-iqtisadi inkişafı və milli iqtisadi quruculuq prosesləri və müxtəlif sahələr üzrə inkişaf perspektivləri araşdırılıb.Tələbələr, magistrant, dissertant, doktorantlar ibarət gənc tədqiqatçılar və digər maraqlananlar tərəfindən istifadə oluna bilər. “Menecment” ixtisası üzrə IV kurs tələbəsi Sinan Bağırov və digər tələbələr dərs vəsaiti ilə bağlı fikirlərini bölüşüblər.Universitetin müəllim heyyəti Cavadxan Qasımovun elmi və araşdırmaçılıq fəaliyyətini yüksək qiymətləndirib və ona yaradıcılığında uğurlar arzulayıblar.Sonda müəllif yaradılan şərait üçün öz minnətdarlığın ifadə edib.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)