Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“7 aprel-Ümumdünya sağlamlıq günü”

7 aprel 2021-ci il tarixində Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində 7 aprel Ümumdünya sağlamlıq gününə həsr olunmuş “Sağlam həyat tərzi ilə əlaqədar maarifləndirici ədəbiyyatların təbliği” adlı kitab sərgisi keçirilib.Tədbiri giriş sözü ilə açan universitetin Elm və innovasiyalar bölməsinin müdiri Rza Məmmədov qeyd edib ki, 1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatının yaranması Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. O vaxtdan bəri dünyanın 194 ölkəsi, o cümlədən Azərbaycan təşkilata üzv qəbul olunub. Bu əlamətdar günün COVID-19 pandemiyası ilə mübarizənin davam etdiyi bir dövrdə böyük əhəmiyyət kəsb etdiyini, səhiyyə işçilərinin koronavirusla mübarizədə gərgin əməyinin olduğunu diqqətə çatdırıb. “Əczaçılıq və biokimya” kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Bəhruz Məmmədov “Universitet əməkdaşlarının müəllifi olduğu tibbi maarifləndirici ədəbiyyatların əhəmiyyəti” mövzusunda çıxış edərək universitetin Tibb fakültəsində fəaliyyət göstərən kitabxananın müəllimlər və tələbələr üçün əhəmiyyətindən danışıb. Qeyd edilib ki, fakültənin kitabxanası 2000-ci ildə yaradılıb. Yarandığı ilk dövrlərdə kitabların sayı 500 olan kitabxananın hal-hazırda 3000 kitab fondu var. Vurğulanıb ki, elmi ədəbiyyatların 2000-i azərbaycanca, 600-ü ingiliscə, 300-ü türkcə, 100-ü isə rus dilində olan nəşrlərdir. Daha sonra müəllim və tələbələrin kitab sərgisinə baxış olub. Təşkil olunan sərgidə tibb əməkdaşlarının kitabları, tibbi maarifləndirici ədəbiyyatlar yer almışdı.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)