Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“İnternetin mütaliəyə təsiri: reallıqlar və perspektivlər”

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında 4 aprel-Ümumdünya internet gününə həsr olunmuş “İnternetin mütaliəyə təsiri: reallıqlar və perspektivlər” adlı dəyirmi masa keçirilib.Tədbiri giriş sözü ilə açan universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov internetin gündəlik həyatımızdakı mühüm rolunu diqqətə çatdırıb. İnternetdən istifadə insan hüquqlarının qorunmasında iqtisadiyyat, elm, təhsil, səhiyyə və digər sahələrin inkişafında mühüm əhəmiyyət kəsb edir. XXI əsr cəmiyyətin formalaşmasına təsir edən ən mühüm amillərdən biri olan informasiya-kommunikasiya texnologiyasının insanların həyatında rolu, göründüyü kimi getdikcə artmaqdadır.Qeyd edilib ki, elektron dərslərin keçirilməsi, elektron kitabxananın yaradılması, dərsliklərin, mühazirələrin yeni yaradılan proqramlara yerləşdirilməsi universitetdə informasiya-kommunikasiya texnologiyalarından məqsədyönlü istifadə edilməsinə əyani sübutdur. İnformasiya Kommunikasiya və Elektron təhsil şöbəsinin müdiri Hüseyn Əsgərli “Sosial şəbəkələr və elektron xidmətin mahiyyəti” haqqında tələbələrə məlumat ver İnformasiya Kommunikasiya və Elektron təhsil şöbəsinin müdiri Hüseyn Əsgərli “Sosial şəbəkələr və elektron xidmətin mahiyyəti” haqqında tədbir iştirakçılarına geniş məlumat verib. 2005-ci ildən tətbiq olunan bu bayram insanların həyat səviyyəsinin yüksəlməsinə xidmət edən yeni texnologiyaların imkanlarını nümayiş etdirmək, bu texnologiyalar və onların funksiyaları haqqında daha dərin məlumatları təqdim etmək üçün düşünülmüşdür. İnternet bəşər tarixinin ən böyük ixtirasıdır desək, yanılmarıq. Çünki internet olmadan XXI əsrdə həyatımızı təsəvvür etmək mümkün deyil. Elmi kitabxananın direktoru Fariz Əhmədov “Elektron kitabxana bazasının formalaşması, iş prinsipi və müəllif hüquqlarının mühafizəsi” mövzusunda çıxış edib. Kitabxananın iş fəaliyyəti, elektron kitabxanadan istifadə qaydaları, elektron müraciət, kitabxanada yaradılan şəraiti haqqında tələbələrə ətraflı məlumat verilib. Sonra tələbələrin sualları cavablandırılıb.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)