Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Hamilələrdə və uşaqlarda İİV infeksiyası” adlı kitabın təqdimatı keçirilib.

23 fevral, 2021-ci il tarixində Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Ümumi təbabət və klinik fənlər” kafedrasının müdiri, dosent, tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyevanın Nuranə Əliyeva və Səməngül Tarverdiyeva ilə həmmüəllif olduğu “Hamilələrdə və uşaqlarda İİV infeksiyası” adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov müəllifləri təbrik edib, Gültəkin Əliyevanın peşəkar həkimliklə bərabər pedaqoji fəaliyyətini də yüksək qiymətləndirib. Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov.müəllifin yaradıcılığını yüksək qiymətləndirən dekan ona gələcək fəaliyyətində uğurlar arzu edib. “Təməl tibb fənləri” kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru İlhamə Mustafayeva Gültəkin həkimin muxtar respublika səhiyyəsinin inkişafı üçün gördüyü işləri diqqətə çatdırıb və kitab haqqında məlumat verib. Qeyd olunub ki, bu kitabın ərsəyə gəlməsində 53 ədəbiyyat, yeni internet resurslarından istifadə olunub. Burada müxtəlif mənbələr, statistik göstəricilər öz yerini tapıb. Həmin kafedranın müəllimi Ləman Kərimova infeksiyanın yaratdığı fəsadlardan danışıb.Tibbi profilaktika ixtisası üzrə VI kurs tələbəsi Gülnar Əhmədova slayd vasitəsilə virusun yayılma səbəbləri haqqında məlumat verib. O, qeyd edib ki İİV infeksiyası xəstəxanada müxtəlif yollarla- qan köçürülməsi, cərrahi alətlər və digər tibbi vasitələrlə, orqan transplantasiyası zamanı da parenral keçməsi mümkündür. Sonda müəllif universitet mühitində ziyalıların formalaşması üçün yaradılan yaradıcı mühit üçün öz minnətdarlığını ifadə edib.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)