Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Englısh for pharmacy students” adlı kitabın təqdimat mərasimi keçirilib

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “İngilis dili və metodika” kafedrasının müəllimi Sərcan Sadiqovanın “Əczaçılıq tələbələri üçün ingilis dili” “English for pharmacy students”adlı dərs vəsaitinin təqdimatı keçirilib. Tədbirə giriş sözü ilə universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov çıxış edərək ilk öncə müəllifi təbrik edib, elmi və pedaqoji fəaliyyətində uğurlar arzulayıb. . Diqqətə çatdırılıb ki, bu dərs vəsaiti “Əczaçılıq” ixtisasında təhsil alan tələblərin biliklərinin artırılmasında mühüm rol oynayacaq. Xarici dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Şirməmməd Qulubəyli kitab haqqında geniş məlumat verir. Diqqətə çatdırılıb ki, dərs vəsaiti əczaçılığa dair geniş şəkildə yazılmış ilk mənbədir. “İngilis dili və metodika” kafedrasının müdir əvəzi Leyla Zeynalova dərs vəsaitində verilən dialoqların fərqliliyindən, keyfiyyətindən danışıb. “Əczaçılıq” ixtisası üzrə I kurs tələbəsi Fidan Bəxtiyarova bütün tələbələr adından kitabın müəllifinə öz təşəkkürünü bildirib, tərtib edilmiş kitablardan yararlanmalarının vacibliyindən danışıb. Sonra kitabla bağlı fikirlər səsləndirilib. Sonda müəllif yaradıcı insanların elmi-pedaqoji fəaliyyəti üçün ona göstərilən dövlət dəstəyinə görə minnətdarlığını bildirib.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)