Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında növbəti kitab oxuculara təqdim olunub.

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında “Mühasibat uçotu və maliyyə” kafedrasının professoru, iqtisad elmləri doktoru Nazim Əhmədovun “Sürətlə inkişaf edən və modernləşən Naxçıvan iqtisadiyyatı” və “Azərbaycan turizmin inkişafı və onun regional problemləri” və adlı monoqrafiyalarının təqdimat mərasimi keçirilib. Təqdimatı giriş sözü ilə universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov açaraq hər iki monoqrafiyanı yüksək qiymətləndirib. Bildirilib ki, hər iki elmi əsər ali məktəb tələbələri, müəllimlər və bu sahələrlə maraqlanan hər kəs üçün qiymətli mənbə ola bilər . “Mühasibat uçotu və maliyyə” kafedrasının müdiri, iqtisad elmləri doktoru Teymur Abbasov və “Bələdiyyə və turizm” kafedrasının müdiri, baş müəllim Flora Kərimova“Sürətlə inkişaf edən və modernləşən Naxçıvan iqtisadiyyatı” monoqrafiyası haqda çıxış ediblər. Sonda müəllif muxtar respublikada ziyalı mühitin formalaşması istiqamətində görülən işlərdən danışıb və yaradıcı insanlara göstərilən dövlət dəstəyinə görə öz minnətdarlığını ifadə edib.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)