Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Pedaqoji texnologiyalar” adlı kitab təqdimatı.

Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsində Müslüm Nəzərov və Nizami Quliyevin “Pedaqoji Texnologiyalar” adlı dərs vəsaitinin təqdimat mərasimi olub. Tədbiri giriş sözü ilə açan universitetin Pedaqoji fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev cəmiyyətin inkişafında təhsilin böyük rol oynadığını vurğulayıb. Eyni zamanda təqdim olunan kitabın tələbələr üçün əhəmiyyətindən danışıb. “Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Quliyeva pedaqoji prosesdə baş verən yenilikləri diqqətə çatdırıb. “Pedaqogika və psixologiya” kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Vahid Rzayev pedaqoji texnologiyanın mahiyyətindən, əvvəlcədən verilmiş xarakteristikalar üzrə kompüter təlimi üçün işlənib hazırlanmış optimal didaktik proseslərdən danışıb. Sonra Texnologiya ixtisası üzrə III kurs tələbəsi Elazər Yəhyalı çıxış edərək bu kitabın tələbələrin pedaqoji biliklərin öyrənilməsində mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)