Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Qarabağa qayıtdıq”

10 noyabr 2020-ci il. Müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılan, xalqımızın heç vaxt unutmayacağı tarixi bir gün. 30 illik həsrətə son qoyduğumuz, mənfur düşməni öz torpaqlarımızdan qovduğumuz və zəfər çaldığımız gündür. Güclü Ordumuz, Ali Baş Komandanımız, qorxmaz, cəsur igidlərimiz sayəsində Qarabağımıza qayıdırıq. Bu gün,hər birimiz sözlərlə ifadə edə bilməyəcəyimiz qədər qürur hissi keçiririk. Ədalətin yenidən bərpa edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün öz canından keçən şəhidlərimizin qarşısında baş əyirik.Bu münasibət ilə Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Qarabağa qayıtdıq” adlı dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov vurğulayıbki, şanlı qələbəmizin təməlində Ali Baş Komandanın sarsılmaz qətiyyəti və müzəffər şanlı ordumuzun rəşadəti durur. Tədbirdə Azərbaycan tarix kafedrasının dosenti,tarix üzrə elmlər doktoru Sevinc Abbasova “Qarabağın coğrafi mövqeyi və tarixi” haqqında tələbələri hər tərəfli məlumatlandırıb. Riyaziyyat müəllimliyi ixtisassi üzrə IV kurs tələbəsi , UniversitetTələbə Gənclər Təşkilatının sədr müavini Hüseyn Məmmədov qələbə münasibətilə bütün Azərbaycan xalqını təbrik edib. Bu gün, ədalətin öz yerini tapdığı, neçə illik həsrətin bitdiyi gündür. Artıq Qarabağ, köksümüzdə bir yara yox, tariximizdə Şanlı bir qələbə olaraq qalacaqdır! İşğaldan azad edilmiş torpaqlarımızda yenidən həyat davam edəcək, insanlar yaşayacaq, təhsil alacaq. Həsrət bitdi Qarabağ! Biz qayıtdıq! Səni düşmən tapdağından, azad etdik! Yaşa, var ol Azərbaycan! Qələbə bizimdir! Var olsun Prezidentimiz, Azərbaycan Ordusuna eşq olsun!

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)