Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Dövlət və hüquqi təlimlər”

16 dekabr 2020-ci il tarixində Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər və hüquq fakültəsində “Hüquq fənləri” kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Şükür Məmmədovun “Dövlət və hüquqi təlimlər” adlı dərs vəsaitinin təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə universitetin rektoru,tarix üzrə fəlsəfə doktoru ,dosent Elburus İsayev açaraq kitabın elmi baxımdan böyük əhəmiyyətə malik olduğunu xüsusi vurğulamışdır. . Böyük tədqiqat işi və tarixi faktlarla zəngin bir mövzunu əhatə etdiyinə görə rektor müəllifi bu münasibətlə təbrik edib və gələcək elmi fəaliyyətində uğurlar arzulayıb. Fakültənin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Yusif Hüseynov diqqətə çatdırılıb ki, müəllif dövlət və hüquqi təlimlər fənnini öyrənmək üçün istifadə edilən metodlar haqda ətraflı məlumat verib. Hüquq fənləri kafedrasının müəllimi Əziz Qasımov qeyd edib ki, kitab həm də dövlətçilik, idarəçilik və hüququn tarixi ilə maraqlanan oxucu kütləsi üçün də nəzərdə tutulub. Sonda müəllif tədbirin təşkili üçün universitet və kitabxana rəhbərliyinə minnətdarlıq etmiş və kitabın nəşr olunmasında əməyi keçənlərə təşəkkürünü bildirmişdir. Tədbirdə müəllifin əsərlərindən ibarət sərgi təşkil olunmuşdu.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)