Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Azərbaycan xalçaçılıq sənəti”

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında Təsviri incəsənət kafedrasının müəllimi Ləman Məmmədovanın “Azərbaycan xalçaçılıq sənəti” adlı dərs vəsaitinin təqdimatı olub. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev bildirib ki,bu kitab Azərbaycan xalçaçılıq elmi üçün böyük töhfədir.Maddi və mənəvi xalça sənətinin öyrənilməsi üçün qiymətli və dərin mənbədir. Təsviri incəsənət kafedrasının professoru, Azərbaycan Respublikasının Xalq rəssamı Hüseynqulu Əliyev elmi məsləhətçisi və elmi redaktoru olduğu kitabın ön sözündə müəllif haqda fikirlərini belə vurğulayıb. Kafedranın baş müəlimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyeva kitab haqda məlumat verərək bildirib ki, dərs vəsaitində xalçaçılıq tarixi, xalçaçılıq texnikası, xalça növləri və xalça məmulatları, onların ideya-bədii xüsusiyyətlərinin inkişaf mərhələləri, xalça sənəti məktəbləri haqqında məlumat verib. Elmi Kitabxananın direktoru Fariz Əhmədov bildirib ki, kitabda Dekorativ tətbiqi incəsənət, Azərbaycanda dekortaiv tətbiqi sənət növləri, Azərbaycan xalçaçılıq tarixindən, Xalçaların təsnifatı, Azərbaycan xalçaçılıq məktəbləri və məşhur xalçaçı-rəssam Lətif Kərimovun həyat və yaradıcılığından məlumat verilir. Sonda müəllifin rəsm əsərlərindən ibarət sərgiyə və Əzizə Məmmədovanın tərtib etdiyi xalçaçılıq kompozisiyasına baxış olub.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)