Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

9 Noyabr Milli Bayraq Günü

Üçrəngli bayrağımız 1918-ci il Noyabırın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə dövlət rəmzi kimi qəbul edilib. Bayrağımız qürur mənbəyimizdir, and yerimizdir. Müqəddəs bir varlıq kimi üçrəngli bayrağımıza and içirik. Xalqımızın qəhrəmanlıq tarixindən gələn bu ənənə keçmişimizdə olduğu kimi bu gün də hər bir vətəndaşımızın üzərinə ciddi mənəvi məsuliyyət qoyur. Milli simvolların öncülü olan Bayraq vətəndaş əxlaqında məhz bu keyfiyyətləri cilalayır. Bayraqda təcəssümünü tapan rəmzlər insanın ictimai-siyasi dünyagörüşünün komponentlərinə çevrilərək, onun konkret fəaliyyət sferasında məqsədəuyğun istiqamətləri formalaşdırır və stimullaşdırır. Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən sayılan üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşında - yeniyetmə, gənc və yaşlılarda yüksək vətənpərvərlik duyğuları aşılayır. Bayraq insanlarda vətənə sevgi və məhəbbət hissləri yaradır. Gənc nəsilin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə edilməsi, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmləndirilməsinə xidmət göstərir. Bu gün müstəqil və suveren Azərbaycanın üzərində əzəmətlə dalğalanan üçrəngli bayrağım mənim qürur və varlığımın təcəssümüdür. Bayrağım dalğalanırsa mən də varam. Bayraq hər bir millətin imzasını, onun kimliyini isbat edən bir varlıqdır. Böyük şairimiz B.Vahabzadə üçrəngli bayrağımıza özünün, xalqının sevgi və ehtiramını «Bayraq» şeirində bu cür tərənnüm və təbliğ edir. Üçrəngli bayrağın kölgəsində mən, Qaraca torpağı vətən görmüşəm. Zəfər güllərini dövri-qədimdən Bayraq işığında bitən görmüşəm. Bayraq mənliyimdir, bayraq kimliyim, Bayraq öz yurduma öz hakimliyim! Üçrəngli bayrağımıza dərin məhəbbət rəmzi olaraq hər il noyabrın 9-u Konstitusiyada bayraq bayramı kimi qeyd olunur. Bu münasibət ilə Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında hər olduğu kimi bu ildə “Bayraq Günü” adlı sərgi təkil olunmuşdur.Sərgiyə Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələri tərəfindən baxış keçirilib.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)