Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Qarabağ Azərbaycandır!

Vətənimizin hər bir qarış torpağı bizim üçün əzizdir. Qarabağ...Havası, suyu, təbiəti və gözəlliyi ilə hər kəsin zövqünü oxşayan, mənəvi olaraq bizi yaşadan məkan...Qarabağ bizim həm ürəyimizi dağlayan sağalmaz yara, həmdə bizim gələcəyə olan tək ümidimizdir.Qarabağ dedikdə hər kəs müxtəlif hisslər keçirir. Kimisi kədərlənir, kimisi isə gəncliyini və uşaqlığını xatırlayır. Düzdür, hal-hazırda biz öz Qarabağımızdan, canımızdan, şah damarımızdan ayrı düşmüşük. Artıq necə illərdir ki Qarabağı, onun gözəl təbiətini, gülünü, çiçəyini görmür, onun o təmiz, saf havasını duymuruq.Qaniçən ermənilər bizi Qarabağımızdan zorla ayırdı.Yaşlılara, qadınlara, uşaqlara zərrə qədər belə rəhm etmədilər. Bizi öz doğma yurd-yuvamızdan zorla ayırdılar, həsrət qoydular. Hələ utanmadan bizim Qarabağımızı, gözəl təbiətli, təravətli məkanlarımızı zəbt etdilər.Kəlbəcər, Şuşa, Xocalı, Laçın, Ağdam, Ağdərə kimi gözəl rayonlarımız yadellilərin işğalı altındadır. Torpağından ayrı, vətənindən ayrı bir xalq, bir millət yaşaya bilərmi?! Yaşaya bilməz...Doğma yurdundan, yuvasından ayrı düşmüş insanların nə çətinliklər çəkdiyini, nə ağrılar yaşadığını heç kim anlaya bilməz. Qarabağ öz təbiəti, havası, suyu ilə deyil, öz qəhrəman oğulları, mərd əhalisi ilə hər zaman seçilmişdir.Qarabağınıza olan həsrətimiz, intizarımız gündən-günə artır.Hər gün içimizdə bir ümid daha da artır, hər gün Qarabağa olan sevgimiz, həsrətimiz daha çox artır. Qarabağ düşmənlərin tapdağı altında əzab çəkir, hər gün insan kimi ağlayır, yenidən öz xalqının ona sahib çıxacağı günü gözləyir. Qarabağı geri almaq istəyirik, çunki Qarabağ bizim sərvətimiz, qızılımız, gülümüz, çiçəyimiz bir sözlə bizim hər şeyimiz, görən gözümüz, döyünən ürəyimizdir. Qarabağsız biz əlsiz, ayaqsız kor bir insan kimiyik. Yaşamaq, yaşatmaq istəyiriksə Qarabağı işğaldan qurtarmalıyıq. Heç vaxt Yer üzərində müharibə olmasın! Qoy Qarabağda müharibə bitsin. Bütün yer üzündə sakit səma bərqərar olsun! Bütün Yer üzünə doğan Günəş Qarabağımı zəfər şəfəqlərinə bürüsün! O gün lap yaxındadır. Biz dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizə aparırıq. Ədalət gec də olsa mütləq qələbə çalacaq. Əminəm ki, qeyrətinə güvənib, cəsarət və hünərinə bel bağladığımız mərd, igid Vətən oğullarımız xalqımızı düçar olduğu bu Qarabağ dərdindən xilas edəcək. İllərlə həsrətilə alışıb yandığımız, ayrılmaz parçamız olan bu qədim, ulu torpağa qovuşduracaqdır. İnanırıq ki, Qarabağımız tezliklə işğaldan tam azad ediləcək, o torpaqlarımızda üçrəngli Azərbaycan bayrağı dalğalanacaq.Naxçıvan Dövlət

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)