Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

NDU Elmi Kitabxanasında Faruk Sumerin “Oğuzlar” əsərinin müzakirəsi keçirilmişdir

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında Türkiyə tarixçisi Faruk Sumerin “Oğuzlar” adlı əsərinin müzakirəsi keçirilmişdir. Qeyd etmək lazımdır ki, bu əsər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Oxunması zəruri olan kitablar” siyahısına daxil edilmişdir. Faruk Sumerin “Oğuzlar” əsərinin tarixşünaslıq elminə bəxş etdiyi töhfələrdən bəhs edən tarix üzrə fəlsəfə doktoru, dosent Elçin Zamanov iştirakçıları ilk növbədə müəllifin həyat və fəaliyyəti ilə yaxından tanış etmişdir. Məlum olmuşdur ki, ərəb, fars, ingilis və fransız dillərini mükəmməl bilən Prof. Dr. Faruk Sumer təqribən 400 elmi əsər müəllifidir. Məşhur türk tarixçisinin müzakirə olunan “Oğuzlar” kitabı onun uzun axtarışlarının nəticəsidir. Üç hissədən ibarət olan bu monoqrafiyada oğuzların həyatı, məişəti, bir etnos kimi ən qədim zamanlardan təşəkkül tapması, dövlət qurma bacarığı öz əksini tapmışdır. Natiq “Oğuzlar” əsərinin azərbaycanlı oxucular tərəfindən də böyük maraqla qarşılandığını qeyd etmişdir. Daha sonra çıxış edən filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərov oğuzların türk xalqlarının təşəkkülündə, inkişafında böyük rol oynamış ən güclü qollardan olduğunu vurğulamışdır. Natiq Faruk Sumerin “Oğuzlar” kitabının dastanlardan bəhs edən son hissəsindən bəhs edərək müəllifin bu əsəri ərsəyə gətirdiyi zaman ərəb və fars dillərindəki qədim mənbələrə istinad etməsini qeyd etmişdir. Tədbir daha sonra tələbələrin iştirakı ilə müzakirə formasında davam etdirilmişdir.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)