Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Həmid Arzulunun “Qara xəncər”

6 Oktyabr 2020-ci il tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, Naxçıvan dövlət Universitetinin Elmi Kitabxanası və Naxçıvan Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə təhsil alan tələbələri ilə birgə Həmid Arzulunun “Qara xəncər” adlı əsərinin müzakirəsi keçirilmişdir. Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd etmişdir ki, Azərbaycan ədəbi mühitində öz yaradıcılığı, bədii üslubu, dil xüsusiyyətləri, əhatəli yaradıcılıq manerası ilə seçilən Həmid Arzulu həyatının 40 ildən çoxunu elmi, metodik və bədii yaradıcılığa həsr etmişdir. 1960-cı ildən mətbuata öz sözü ilə qədəm qoyan H.Arzulu bədii ədəbiyyatın bütün sahələrində, istər hekayə, povest, roman, dram, istərsə də şer sahəsində sanballı əsərlər yaratmış, Azərbaycanda ilk dəfə olaraq alman dilindən Azərbaycan dilinə bədii tərcümənin nəzəri və təcrübi əsasını qoyanlardan biri olmuşdur. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kitabxanaçısı Xurşud Budaqova “Həmid Arzulunun həyat və yaradıcılığı” mövzusu ilə çıxış edərək bildirmişdir ki, Həmid Arzulu Naxçıvanda yaşayıb yaradan ziyalılarımızdan biridir. O, ədəbiyyata şeirlə gəlmiş, sonralar həm nəsr, həm də alman dilindən bədii tərcümə sahəsində səmərəli fəaliyyət göstərərək geniş oxucu kütləsinin pərəstişini qazanmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının böyük kitabxanaçısı Əzizə Süleymanzadə “Qara Xəncər” romanının əsas ideyası” adlı mövzu ilə çıxış etmişdir. Çıxışlardan sonra tələbələrlə əsərin müzakirəsi aparılmış, tələbələrdən kitabxanaçılıq informasiya ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Əliyeva Vüsalə və II kurs tələbəsi Məcnunova Könül əsər haqqında öz fikirlərini söyləmişdirlər.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)