Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Sürünən erməni ekspansiyası,Rusiyanın Cənubi Qafqaz siyasəti və köçlər”

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında beynəlxalq münasibətlər kafedrasının müdiri, dosent Şamxal Məmmədovun “Sürünən erməni ekspansiyası, Rusiyanın Cənubi Qafqaz siyasəti və köçlər” adlı monoqrafiyasının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev tarixi faktların ortaya çıxarılması, ictimaiyyətə çatdırılması istiqamətində kitabın elmi yükü ilə bərabər ictimai əhəmiyyətinin də mühüm olduğunu qeyd edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli qeyd edib ki, kitabda Cənubi Qafqaz əraziləri üçün yad, gəlmə etnos olan erməni toplumunun buraya yerləşdirilməsindən, onların regionun yerli əhalisinə qarşı deportasiya və soyqırım əməllərindən bəhs olunur:” Göstərilir ki, ermənilər məhz Rusiyanın Cənubi Qafqazda həyata keçirdiyi imperiya siyasəti nəticəsində özgə xalqların torpaqlarını ələ keçirib burada qondarma dövlətlərini yarada biliblər”. Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi Arzu Abdullayev söyləyib ki, Sovet rəhbərliyi tərəfindən Cənubi Qafqazın erməniləşdirilməsi prosesi təkcə Ermənistanda və Azərbaycanda yox, digər bölgələrdə də gedirdi. Sonda monoqrafiyanın müəllifi Ş.Məmmədov universitet mühitində yaradıcı insanların elmi-pedaqoji fəaliyyəti üçün göstərilən dəstəyə görə minnətdarlığını bildirib, gəncləri tarixi yaddaşımızı unutmamağa çağırıb.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)