Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Sədi Şirazi "Gülüstan" əsərinin müzakirəsi

23.08.2020 ci il tarixdə “Kitablardan pıçıltılar” adlı növbəti onlayn müzakirədə, “Oxunması zəruri olan kitablar”dan Sədi Şirazinin “Gülüstan” əsəri və bununla yanaşı “Böyük dayaq” filminin müzakirsi baş tutdu. Giriş sözü ilə çıxış edən Kitabxana direktoru, vurğulamışdır ki, XIII əsrin ortalarında Şiraz şəhərində yaşayıb yaratmış Sədi Şirazi həqiqət və gözəllik şairi kimi tanınmış, Hafizin təbirincə desək fars dilli qəzəlin formalaşmasının banisi hesab edilmişdir. Sanki Sədi “Bustan” və “Gülüstan” əsərlərində bizə “Bustan”da “dünya necə olmalıdır?” “Gülüstan” da isə “dünya necədir?” sualına cavab vermişdir. Ordubad rayon MKS-nin direktoru Sevinc Quliyeva "Gülüstan" ın epik formada təqdim edilmiş əhvalatlardan, lətifələrdən, hikmətli sözlərdən, məsləhətlərdən və qısa şeirlərdən ibarət olduğunu, Kəngərli rayon MKS direktoru Aysel Şəfizadə isə incə duyğularla zəngin olan bu əsərdə faydalı nəsihətlər, zərbi-məsəllərin yaxın və orta şərq ölkələri arasında geniş yayılmasından bəhs etmişdir. Tələbələrdən Elmar İsgəndərov Sədi Şirazinin “Gülüstan” kitabını səkkiz fəslə bölməsindən - hökmdarın rəftarı, dərvişlərin əxlaqı, qənaətin fəziləti və susmağın faydalarından danışaraq çoxlu hekayə, rəvayət və Qurandan ayələrlə misallar çəkilən bu əsərin məftunediciliyindən, Aytəkin Abbaslı isə əsərin fəsillərindən olan eşq və cavanlıq, zəiflik və qocalıq, tərbiyənin təsiri və söhbət qaydaları haqqında danışaraq hər kəsin oxuyacağı bir kitab olduğunu tövsiyyə etmişdir. Sonda müəllifi Mirzə İbrahimov rejjissoru Həbib İsmayılov olan “Böyük dayaq”tammetrajlı bədii filminin 1962-ci ildə çəkilməsindən, kənd təsərrüfatında gedən dəyişikliklərdən, müasir kəndimizin adamlarından və demokratik üsulların bərpası uğrundan mübarizədən danışılaraq müzakirəyə yekun vurulmuşdur. Xəbəri hazırladı: Elmi kitabxananın direktoru Fariz Əhmədov

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)