Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

"Kitablardan pıçıltılar" adlı növbəti müzakirə

28 may 2020-ci il “Kitablardan pıçıltılar”ın növbəti müzakirəsi daha bir tarixi günə təsadüf etdi. Kitabxana direktoru Fariz Əhmədov bildirdi ki, Azərbaycan Respublikası, artıq yaranmasından 102 il ötən Azərbaycan Xalq Cumhiriyyətinin varisidir. Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində, Birinci Dünya müharibəsi dövründə Şimali Azərbaycanda yaranmış müstəqil dövlət və Müsəlman Şərqində ilk parlament respublikadı. Paytaxtı əvvəlcə Gəncə, sonra Bakı şəhəri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də Şimali Azərbaycan rus-bolşevik qoşunları tərəfindən işğal edilmişdir. Bu haqda qısa danışan Fariz Əhmədov Türk klassik ədəbiyyatından “Gül yetiştiren adam” əsərinin müəllifi Rasim Özdenörenin həyatına nəzər salaraq bildirmişdir ki, Müəllif “Hamle”, “Ədəbiyyat”, “Maver” dərgilərinin ilk qurucularından biridir. Ən yaxın qələm dostları olan Cahit Zarifoğlu, Nuri Pakdil, Erdem Bayazıt, Alaeddin Özdenören və Mehmet Akif lə sıx əlaqədə olmuş onlardan mənəvi zövq və ruhi qida almışdır. Kitabxananın baş kitabxanaçısı Çinarə İsmayılova əsərdən bəhs edərək, Modernləşmiş olanlarla kişiliklərini qorumaq mücadiləsi verən və hər iki şərtlərdə yaşayan insanların özləri və ətrafları ilə ziddiyyətdən doğan bir dram olduğunu qeyd etmişdir. Təlbələrdən Nuray Quliyeva əsərdə gül yetiştirən adamın əlli il çölə çıxmayaraq gül yetiştirdiyini və onları qoruyaraq bütün sevgisini verməsindən, Könül Seyidova romanda yarım qalmış sevgilərdən, yarım qalmış fəaliyyətlər, Qərb mədəniyyətinin təsiri ilə çarəsiz buraxılmış insanların çabası, gizli provakasiyalar və gizli qəbullanışların müəllif üslubu ilə profesyonallıqla qələmə almasını vurğulamışdır. Sonra Azərbaycan filmlərindən olan “Ölsəm bağışla” haqqında Tələbə Aytəkin Abbaslı Fəxrəddin Manafovun baş rola çəkildiyi bu filmin məhəbbət, haqsızlığa qarşı mübarizə və ölüm haqqında olduğunu bildirərək filmin sonunda qəhramanın ölməsindən, içi maddi və cismani ehtiyacla dolu insanlarla sona qədər mübarizə apara bilməməsindən, Bəyim Məhərrəmli bu filmdə ən yaxşı rol ifasına görə aktyor Fəxrəddin Manafov və Gülzar Qurbanovaya baş mükafat-festivalın Qran-pri mükafatı verilməsindən danışaraq müzakirəyə yekun vurulmuşdur. Xəbəri hazırladı: Elmi kitabxananın direktoru Fariz Əhmədov

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)