Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

"Kitablardan pıçıltılar" adlı onuncu onlayın müzakirə

14.05.2020 tarixində "Kitablardan pıçıltılar" adlı növbəti onlayn müzakirədə - bir zamanlar qadağa olunmuş, lakin dəyərini hər dövr qoruyan əsər olan, dünya klassiklərindən Kolin Makkaloun ‘’Tikanlıqda şərqi deyənlər’’əsəri müzakirə edildi. Başlanğıc olaraq, Kitabxananın direktoru Fariz Əhmədov bu əsərin, London universitetlərindən birinin apardığı araşdırmaya əsasən ,dünyada hər dəqiqə bu romanın iki nüsxəsi satıldığını,1915-ci ildən cərəyan etməyə başlayan hadisələr yarım əsri əhatə etdiyini, kitabın yeddi hissədən ibarət olduğunu və hər bir hissədə əsas qəhrəmanlardan birinin xarakteri açıldığını, əsərdə Yeni Zelandiyada kasıb çoban kimi fəaliyyət göstərən Kliri ailəsinin daha sonra Avstraliyanın ən böyük malikanələrindən biri hesab edilən Drogedanın sahibkarlarına çevrilməsindən bəhs edildiyini qeyd etdikdən sonra, əsər hər bir şəxsə nələr aşıladığını və təsir edilən parçalara ayrı -ayrılıqda diqqət göstərildi. Tələbələrdən Cəfərli Səmra əsərdə əsas mövqedə olan ruhani -rahib məsələsinə toxunaraq öz fikirlərini bildirdikdən sonra, müəllimlərdən Akim Axundov ruhaniliyin, rahibliyin əsas cəhətlərini, xarici ölkələrdə necə diqqət edildiyini, dini baxımdan ətraflı şəkildə izah etdi. Seyidova Könül kitabdan təsirli parçaları vurğulayaraq, ‘’Ən gözəl şeylərin yalnız böyük iztirablar bahasına başa gəldiyini, həyatda nə olur olsun baş verə biləcək bir hadisənin, bir hissin qarşısını ala bilməyəcəyimizi ‘’vurğuladı. Aytəkin Abbaslı ‘’Nə yaşayırq, yaşayaq pis və yaxud yaxşı heç nədən peşman olmamalı olduğumuzu, peşman olarsaq, o anı ölümsüzləşdirmək əvəzinə öldürdüyümüzü qeyd etdi’’. Nuray Quliyeva və Bəyim Məhərrəmli obrazları nəzərdən keçirib , müsbət və mənfi cəhətlərə böldülər. Bundan əlavə Azərbaycanın ən məşhur həm tarixi, həm bədii filmi olan ‘’Nəsimi’’filmi müzakirə edildi. İlk öncə , Elmi kitabxananın baş kitabxanaçı Çinarə İsmayılova baş rolda Rasim Balayevin yer aldığını bildirərərək qeyd etmişdir ki, bu film İsa Hüseynovun ‘’Məhşər’’romanı əsasında çəkilmişdir. "Nəsimi" yeganə tarixi filmdir ki, orada heç bir dekorasiyadan istifadə edilməmiş, Nəsiminin dövründən, yaşadığı dərvişvari həyatdan söz edərək, onun həyatı ilə tarixi qarşılaşdırılmışdı. Hər kəs film haqqında fikirlərini dedikdən sonra, yekun olaraq, filmdən qəzəllər dinlənilərək müzakirə yekunlaşdırıldı. Xəbəri hazırladı Elmi kitabxananın direktoru: Fariz Əhmədov

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)