Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

"Kitablardan pıçıltılar"ın tarixi günə təsadüf edən növbəti onlayn müzakirəsi

10.05.2020 təsadüfi olaraq müzakirəmiz bu unudulmaz tarixlə toqquşdu.Yaşasa, 97 ilini qeyd edən Ümummilli liderimiz Heydər Əliyevin doğum günü idi. Bu dəfə onlayn müzakirəyə başlanmazdan əvvəl, ömrünü xalqına həsr edən, hər zaman millətini qoruyan, dahi şəxsiyyət olaraq ürəklərdə yer alan liderimizi yad etdik. İlk öncə, Kitabxana direktoru Fariz Əhmədov liderimiz haqqında öz hisslərini belə ifadə etdi:‘’İnsan illər sonra anlayır ki, xalqa yalnız siyasətçi deyil, həm də ən önəmlisi yaxşı insan lazım olur. Heydər Əliyev həm çox güclü siyasətçi, həm də ürəyi gözəl insan idi. Dövləti idarə etməkdən öncə, insanların qəlbini fəth etməyi bacarırdı və insanlara gedən o yolu tapan bir insan kimi xatırlanır, yaddaşlarda silinməz xatirələr olaraq hələ də yaşayır. Buna görə də Xalq hər zaman unudulmazları unudulmaz edir! Uşaqdan-böyüyə qədər, onun dövrünə rast gələn, gəlməyən hər kəs Heydər Əliyevi yaşadır. Keçmişdən -gələcəyə addım-addım bizimlə birgə gəlib, bizimlə birgə yaşayır. O heç vaxt ölməz, ölə bilməz, Azərbaycan yaşadıqca o yaşayacaq, Xalq ona hər zaman nəfəs olacaq’’. Daha sonra tələbələrin Heydər Əliyevi necə xatırladıqları, xatirlərində qalan anılarını bir- bir dilə gətirdilər. Bundan sonra müzakirə başlanıldı. Heydər Əliyev hər zaman dəyərə laiq olan insanları diqqətindən kənar buraxmayıb. Bu adamlardan biri də bu dəfəki müzakirənin mövzusu olan Cabir Novruzdur. Onun ulu öndərimiz Heydər Əliyevə həsr etdiyi poemada “Heydər Əliyev deyəndə, Doğma məmləkət böyüyür. misralarını, eyni zamanda Ümümmilli lider Heydər Əliyevin şairə ‘’Xalq Şairi ‘’adını verməsi Xalq şairi barədə “ Cabir Novruz gözəl şair, dəyərli insandır” cümləsi hələ də dillərdə gəzib ,xüsusilə vurğulandığı bildirildi. Tələbə Tural Bağırov bildirmişdir: Cabir Novruzun ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır. Onun qələmindən çıxan lirik poeziya nümunələri mövzu rəngarəngliyi ilə seçilir. yaradıcılığı haqqında danışan Tural Bağırov şairin ‘’Neyçin gəlmədin ‘’şeirini də qiraət etmişdir. Tələbə Elnar Rzayev söz alaraq şairin “Yola salın aya məni” şeirini səsləndirərək qeyd etmişdir ki, Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində Milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Tələbə Nuray Quliyeva diqqətə çatdırmışdır ki, şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir. Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanmışdır. Cabir Novruz yaradıcılığı vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına mühüm xidmətlər göstərmişdir. Vətənin taleyi üçün narahatlıq hissinin xas olduğu Cabir Novruz poeziyasının başlıca mövzuları azərbaycançalıq ideyaları ilə sıx bağlı olduğunu bildirmişdir. Tələbə Bəyim Məhərrəmli ‘’İnana bilmirəm’’; Məcid Hacıyev ‘’Mənim ürəyim’’, müəllim Əli Məmmədov isə ‘’Gecikmiş məhəbbət’’şeirlərini səsləndirdilər. Sonra bu müzakirə üçün nəzərdə tutulan ‘’Park’’ filmi müzakirə olundu. Çiçək İsgəndərova film haqqında fikirlərini bildirərək demişdir:’’Film sosial və mənəvi problemlərə toxunmaqla yanaşı, gənclərin dünyagörüşündən, onların həyat mövqeyindən danışır. Burada həyata baxışlar, işlər, məhəbbət, dostluq, xarakterlər toqquşur, qorxaqlıqla cəsarət, yalanla həqiqət bir-biri ilə mübarizə aparır. Gənc fəhlə ümumi vacib iş şəxsi maraqdan yüksəkdə durur’’. Daha sonra hər kəs üçün ən yadda qalan gün, yadda qalan şair və filmdən hissələr və təsirli məqamlara toxunularaq müzakirə sonlandı. Xəbəri hazırladı: Elmi kitabxananın direktoru Fariz Əhmədov

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)