Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

NDU virtual kitabanası tələbələrlə, "kitablardan pıçıltılar" onlayn müzakirəsinə start Verdi

Artıq Dünyada baş verən qlobal covid 19 pandemiyası ilə əlaqədar olaraq Kitabxanalar da online rejimə keçərək, öz oxucularına xidməti daha da artırıb. NDU Elmi Kitabxanası da, go to meeting proqramı vasitəsi ilə həftədə iki dəfə dördüncü və bazar günləri saat 16:00 da kitabsevərlər üçün kitab müzakirəsini təşkil edir. aprelin 12-də saat 16:00 -da Universitetin bütün fakültələri üzrə 25 tələbənin iştirakı ilə, ilk olaraq Oxunması zəruri olan kitablar silsiləsindən M. Hüseyn Şəhriyar yaradıcılığının sönməyən nisgili və ‘’Heydərbabaya salam ‘’ poeması ilə müzakirəyə başlayıb. Müzakirəyə başlamazdan əvvəl kitabxana direktoru, Şəhriyarın nisgilli taleyi və yarım qalan ömür yolu haqqında ümumi məlumat verdikdən sonra, Aytəkin Abbaslı, Yəhyalı Elazər, Xanım Heydərova, Kübra Əliyeva, Tural Bağırov Şəhriyarın yaradıcılığı ilə bağlı suallar verərək , suallarına cavab tapmışlar. Şəhriyar yaradıcılığının zirvəsi sayılan ‘’Heydər babaya salam poeması’’ tələbələr arasında müzakirə olunaraq, vətənə, elə, obaya, adət-ənənələrə, milli-mənəvi dəyərlərə toxunulmuş, öz yurdunun nə qədər təbii duyğularla, içtən hisslərlə qələmə aldığı bir daha təsdiqlənmişdir. Heydərbaba dağının nə qədər ülvi olmasından, belə incə ruhlu şairi yetişdirməsindən, öz yurdunu bu qədər sevdiyini, misra -misra,bənd-bənd ona xitabən yazdığının şahidi olmasından danışılmış, bir daha bu ulu dağı, bu qədər gözəl vəsf edənin olmayacağını bildirmiş və bu poemanı əbədiyyətə doğru, ölməz əsərlər arasında sıralamışlar. Vətən həsrəti ilə sınanan şairin öz doğma Azərbaycanına yazdığı ‘’Ayağa dur ,Azərbaycan’’!!! şeiri Şövkət Kərimli səsləndirmiş bir daha Azərbaycanı sevib bir gün ona qovuşacağı ümidi ilə yaşadığından söhbət açılmışdır. Şairin sınmış və pərişan qəlbi sevgilisinin həsrəti ilə yaşamışdır . Həsrəti belə sevən şairin qələmə aldığı Şəhla İsmayılovanın səsləndirdiyi’’ Yar-Qasidi’’; Nərmin Maxsudovanıın səsləndirdiyi ‘’Behcətabad xatirəsi’’ adlı şeirlər dinlənilərək Şəhriyarın xatirələr diyarına səyahət edilmişdir. Ülvi İsmayıllı Şəhriyarın Azərbaycanda şairlər tərəfindən çox sevilməsini vurğulamış,ondan təsirlənərək yazılan şeirlər haqqında məlumat vermiş, Azərbaycanlı ruhdaşları ilə şeirlərdə, misralarda görüşdüyünü söyləmiş, bu qırılmaz dostluqları bir daha göz önünə gətirmiş, hətda Əli Tudənin Şəhriyara yazdığı şeirdən bir parça səsləndirmişdir. Şəhriyarın xatirələrindən söz açılmış,ondan geriyə qalan sevgi və ağrı dolu məktublarından oxunaraq bir daha Şəhriyar ruhunun unudulmazlığından danışılmışdır. Zübeydə Zeynalova Şəhriyar yaradıcılığında ‘’Enşteynə məktub ‘’ şeirindən bəhs edərək, Şəhriyarın son dövrlərdə yazdığı və ən sevdiyi şeir olduğunu qeyd etmişdir. Bu müzakirədən sonra hər bir tələbə bir daha Şəhriyara dərin bağlarla bağlanmış, qırılmaz düyünlər vurmuşdur. Sonda Kitabxana direktoru bildirmişdir ki, Kitabxana lib. ndu.edu.az saytı vasitəsi ilə 24 saat online fəaliyyət göstərir. Kitabxanamızda mövcud olan hər hansı kitabın adını kitabxana@ndu.edu.az elektron ünvanına göndərdikdən sonra ,1 saat müddətində oxucuların email adresinə həmin kitabın PDF variantı və yaxud linki göndərilir. Son 3 gündə 200-ə yaxın oxucunun dərs vəsaiti,bədii ədəbiyyat və dərsliklər üçün sorğuları vaxtında ödənilib. Xəbəri hazırladı: Elmi Kitabxananın direktoru Fariz Əhmədov

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)