Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Dünya Azərbaycanlılarının Həmrəliyi Günü.

Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir.Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi. Ümummilli Liderimiz 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: "Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. 31 dekabr tarixinin bütün dünya azərbaycanlılarının birlik, həmrəylik günü kimi hər il böyük təntənə və qürur hissi ilə qeyd olunduğunu bildirən Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün Ulu Öndər çox böyük səylər göstərmişdir. Hələ 1991-ci ildə Naxçıvanda onun təşəbbüsü ilə “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi elan edilmişdir.Bu münasibət ilə Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəliyi Günü”adlı sərgi təşkil olunmuşdur.Sərgidə Heydər Əliyev “Müstəqilliyimiz əbədidir” 45-46c., “H.Əliyev və Azərbaycanın ərazi bütövlüyü məsələsi”, Qayıdış 1990 – 1993, Azərbaycan 2013 – 2003. Əsrə bərabər illər, “Sülh və təhlükəsizlik naminə”, Azərbaycan – Çin: dostluq sərhədlər aşır, Azərbaycan – ABŞ dostluq və tərəfdaşlıq yollarında, "Zamanın nəbzi", “Azərbaycanı dünyaya saydıran insan”, “H.Əliyev və Azərbaycanın ərazi bütövlüyü məsələsi”, Azərbaycan – Rusiya: dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında yeni mərhələ, "Yurdda sülh, cahanda sülh uğrunda", “XXI əsrdə sülh körpüsü”, Yaqub Mahmudovun “Azərbaycan:qısa dövlətçilik tarixi”, Hidayət Orucovun “H.Əliyev və Azərbaycanda milli siyasət”, Ramiz Mehdiyevin “Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi”, “XXI əsrdə milli dövlətçilik”, Reyhan Mirzəzadənin “Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi” adlı kitablar nümayiş edilmişdir.Bizdə Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası adından bütün Azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edirəm. Hər bir Azərbaycan ailəsinə səadət, xoşbəxtlik, yeni uğurlar arzulayırıq.Bayramınız mübarək olsun!

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)