Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Kitab ən yaxşı dostdur”

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Kitab ən yaxşı dostdur” adlı tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan Riyaziyyat üzrə fəlsəfə doktoru,dosent Məftun İsmayılov bildirib ki,kitab insanın ən yaxın dostudur.Heç kimdən ala bilmədiyimiz məlumatları ,sənə həyatda var olmaq üçün , düzgün yaşamaq və insanlarla münasibət qurmaq üçün lazım olan informasiyaları kitab verir.Hər bir insanın özünü dərk etdiyi gündən ilk dostu onun birinci kitabıdır. Tədbirdə Elmi Kitabxananın direktoru Fariz Əhmədov “Kitabxana zaman açılan qapıdır” mövzusunda çıxış edərək bildiribki, kitabları oxuduqca insan oradakı ideala doğru addımlayır, özünü təkmilləşdirir, mənfi xasiyyətlərini unutmağa və pis vərdişlərdən əl çəkməyə çalışır. Məşhur rus yazıçısı M. Qorkiy demişdir: "Məndə olan bütün yaxşı keyfiyyətlərə görə kitablara borcluyam”. Daha sonra Elmi Kitabxananın baş kitabxanaçısı Ləman Hüseynova “İnformasiya cəmiyyətində mütaliənin əhəmiyyəti”,Hüquqşünaslıq ixtisası üzrə IV kurs tələbəsi Ruslan Vəliyev “Kitablar dünyamızı işıqlandırır” mövzusunda çıxış etdiblər.Sonda videoçarxa baxış oldu.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)