Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“ABŞ –ın 16-cı Prezidenti Avraam Linkolun oğlunun müəlliminə yazdığı məktub”

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “ABŞ –ın 16-cı Prezidenti Avraam Linkolun oğlunun müəlliminə yazdığı məktub”un müzakirəsi keçirilib.Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru,tarix üzrə fəlsəfə doktoru,dosent Elburus İsayev bildirib ki,cəmiyyətimizin müasir inkişaf mərhələsində müəllimin üzərinə mühüm vəzifələr və məsuliyyət düşür. Bu gün parta arxasında əyləşən hər bir məktəbli bir neçə ildən sonra müstəqil həyata atılacaq və cəmiyyətin ümumxalq həyatında fəaliyyət göstərəcək.Atanın oğlunu əmanət etdiyi müəllim təbii ki, vətənpərvər, mənəviyyatı təmiz, əxlaqı saf, təlim- tərbiyə fəaliyyətində pedaqoji biliyə dərindən yiyələnən, uşaqlarla humanist münasibət quran, səlis və aydın nitqə sahib və sair yüksək keyfiyyətlərə malik müəllimdir.Daha sonra tədbirdə “Pedaqogika və psixologiya” kafedrasının baş müəllimi ,pedaqogika üzrə fəlsəfə doktoru Taleh Xəlilov “ABŞ –ın 16-cı Prezidenti Avraam Linkolun oğlunun müəlliminə yazdığı məktub”un pedaqoji təhlili, “Riyaziyyat müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi,”Fizika riyaziyyat” fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Hüseyn Məmmədov “ABŞ –ın 16-cı Prezidenti Avraam Linkolun oğlunun müəlliminə yazdığı məktub”un tələbələr üçün tərbiyəvi əhəmiyyətindən danışdı.Sonda tələbələr əsər haqqında öz fikirlərini bildirmişlər.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)