Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Məmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” əsərinin müzakirəsi.

17 dekabr 2019-cu il tarixdə Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası ilə Naxçıvan Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə təhsil alan tələbələrlə birgə “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” əsərinin müzakirəsi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşı Şəfəq Abbasova tədbirin əhəmiyyətindən danışmışdır. Daha sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kitabsaxlama şöbəsinin müdiri Gülnisə Zeynallı “Şəhriyar nisgilinin sönməyən odu” , M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kütləvi iş şöbəsinin müdiri Nərmin Allahverdiyeva “Heydərbabaya salamın əzəməti” adlı mövzularla çıxışlar etmişlər. Sonda tələbələrdən Aytac Qocalı və Elazər Yəhyalıda əsər haqqında öz fikirlərini bildirmişdir

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)