Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Mütaliə mənəvi zənginliyə aparan yoldur”

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası əməkdaşları ilə birgə “Mütaliə mənəvi zənginliyə aparan yoldur” adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq bildirib ki, kitab bəşər mədəniyyətinin ən böyük nailiyyətlərindən biridir. Bu, bir həqəqətdir ki, bilik xəzinəsinin qapılarını bizim üzümüzə bəşəriyyətin yaratdığı möcüzələrdən olan kitablar açır. Böyüməkdə olan nəslin inkişafında, təlim-tərbiyəsində kitabın-mütaliənin necə mühüm rol oynadığından əhəmiyyətindən danışmışdır. Daha sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elektron zal müdiri Zeynab Sadıqova “Mütaliəyə maraq inkişafa meyillilikdir”mövzusunda çıxış edərək bildirmişdi ki, insan cəmiyyətdə sahib olduğu məlumatların yarıdan çoxunu oxumaqla əldə etmiş olur. Mütaliəni çox edən insanlar həm düşüncə, həm bacarıq, həm də digər baxımdan başqalarından fərqlənirlər. Əgər insan mütaliə nəticəsində nəyisə öyrənirsə o insanda həm inam, həm də yüksək bacarıq formalaşır. Çox kitab oxuyan insan zəngin söz ehtiyatına sahib olur. Bunun nəticəsində o, gözəl nitq qabiliyyəti qazanır. Ən əsası mütaliə - ən təsirli tərbiyə vasitəsidir.M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının proqramçısı Aytən Məmmədova “Mütaliənin mənəvi inkişafda rolu” adlı mövzuda çıxış ederek bildirilmişdir ki, mütaliənin yeniyetmə və gənclərin bilik və bacarığının artırılmasında, onların intellektual səviyyəsinin yüksəldilməsində, nəticə etibarı ilə həm də azərbaycançılıq məfkurəsinin formalaşmasında mühüm rol oynayır.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)