Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“10-17 noyabr Beynəlxalq Tələbə Gənclər Həftəsi”

“10-17 noyabr Beynəlxalq Tələbə Gənclər Həftəsi”ənənəvi olaraq hər il təşkil edilən bu həftəliyin əsas məqsədi Azərbaycan tələbələrinin beynəlxalq tələbə hərəkatının fəal hissəsi olduğunu nümayiş etdirmək və onların təşəbbüslərini dəstəkləməkdir. Azərbaycan tələbələri istər təhsil prosesində, istərsə də ictimai-siyasi proseslərdə çox fəal iştirak edirlər. Bu gün tələbələrimiz yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da fəaldırlar. “10-17 noyabr Beynəlxalq Tələbə Gənclər Həftəsi” münasibəti ilə Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Beynəlxalq Tələbə Gənclər Həftəsi”adlı sərgi təşkil olunmuşdur.Sərginə universitetimizin gənc əməkdaşlarının kitabları nümayiş olunmuşdur.Sərgi həftə sonuna kimi davam etdiriləcək.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)