Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında növbəti kitab təqdimatı keçirilib.

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Məntiq” adlı dərs vəsaitinin təqdimetmə mərasimi keçirilib.Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, universitetin əməkdaşları tərəfindən bu cür kitabların yazılması olduqca sevindirici haldır. Beynəlxalq münasibətlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Yusif Hüseynov diqqətə çatdırılıb ki, bu istiqamətə həsr olunmuş kitab tələbələr üçün təkcə nəzəri baxımdan deyil, həm də praktiki yönümdən faydalıdır. Fəlsəfə və sosial iş kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, Abbas Əhmədov nəzərə çatdırıb ki, hüquqşünaslıq və sosial iş ixtisaslarının bakalavr pilləsi tələbələri üçün yazılmış kitabda nəzəri məsələlərin mənimsənilməsini asanlaşdırmaq məqsədi ilə onların hər birinə dair, hüquqşünaslıq və sosial iş praktikasından nümunələr gətirilir. Vurğulanıb ki, kitabdan həm də ali məktəblərin digər ixtisaslarında təhsil alan tələbələr, habelə məntiqi müstəqil öyrənənlər də istifadə edə bilərlər.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)