Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“İbtidai bitkilərin sistematikası”

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında biologiya üzrə elmlər doktoru Daşqın Qənbərov, biologiya üzrə fəlsəfə doktorları Seyfəli Qəhrəmənov, Aynur Bayramova, Enzalə Novruzovanın həmmüəllif olduqları “İbtidai bitkilərin sistematikası” adlı kitabın təqdimatı keçirilib. Təqdimatı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov kitabın ali və orta məktəb müəllim və tələbələri, eyni zamanda sistematika ilə məşğul olan tədqiqatçılar üçün nə qədər qiyymətli olduğunu vurğulayıb. Botanika kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru Hilal Qasımov, Botanika kafedrasının baş müəllimi, biologiya üzrə fəlsəfə doktoru Fəridə Səfərova kitab haqda ümumi məlumat veriblər. Müəlliflər adından çıxış edən Daşqın Qənbərov universitet mühitində yaradıcı insanların elmi-pedaqoji fəaliyyəti üçün göstərilən dövlət dəstəyinə görə minnətdar olduğunu bildirib.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)