Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

"Hüseyn İbrahimov – 100"

Hüseyn Məhəmmədəli oğlu İbrahimov 23 may 1919-cu ildə Naxçıvan mahalının Şərur bölgəsindəki Şahtaxtı kəndində anadan olmuş, ilk təhsilini burada almışdır. Araz çayının sahilində yerləşən, böyük Mirzə Cəlilin "sahibi-mənsəb və ziyalılar vətəni" adlandırdığı, milli elm, ədəbiyyat, mətbuat və incəsənətimizə qüdrətli simalar bəxş etmiş bu kəndin özünəməxsus coğrafi mövqeyi və maarifçilik ənənələri Hüseyn İbrahimovun da mənəvi təkamülündə, dünya baxışının formalaşmasında, gələcək sənət taleyində mühüm rol oynamışdır. Xalq yazıçısı Hüseyn İbrahimov yarım əsrdən artıq davam edən zəngin yaradıcılığı ilə ədəbiyyatımızın və ictimai fikrimizin inkişafında mühüm xidmətləri ilə seçilən, nəzərə çarpan məhsuldar yazıçı kimi xüsusi hörmət və nüfuz qazanmışdır. Hüseyn İbrahimovun anadan olmasının 50, 75 və 80 illik yubileyləri respublika miqyasında dövlət səviyyəsində geniş qeyd olunmuşdur.20 may 2019-cu il tarixdə Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Hüsey İbrahimov-100” adlı sərgi təşkil edilmişdir. Sərgi 2019-cu ilin sonunadək nümayiş ediləcək.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)