Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Heydər Əliyev və Azərbaycan gəncliyi”

Tədbiri giriş sözü ilə açan universitetin Tədris Şöbəsinin müdiri Şahin Əliyev bildirib ki ,Ümummilli liderimiz Heydər Əliyev ölkədə gedən demokratik islahatlara və insan hüquqlarının qorunmasına həmişə diqqət yetirirdi. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan böyük öndərimiz bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verirdi. Müxtəlif qurumlarda, dölət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi.Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərin rolu danılmazdır. Azərbaycanın tarixinə nəzər salsaq, onun hər mərhələsində gənclərimizin özünəməxsus rol oynadığının şahidi olarıq.Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir. Yeni Azərbaycan Partiyası ərazi ilk Təşklatının Sədri, Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Asəf Əliyev Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələri barədə geniş məlumat veriib. Tələbə Gənclər Təşkilatının sədri Zümrüd Səfərova muxtar respublikada gənclərə göstərilən dövlət qayğısından danışıb. Sonra tədbir tələbələrin, müzakirəsi və təklifləri ilə davam edib.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)