Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Heydərbabaya salam”.

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Oxunması zəruri olan kitablardan azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasının müzakirəsi keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan dövlət Universitetinin rektoru,AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq Məhəmmədhüseyn Şəhriyarın həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Elmi Kitabxanın direktoru Fariz Əhmədov Şəhriyar nisgilinin sönməyən odu:”Heydərbabaya salam” poeması mövzusunda çıxışında illərdən bəri Vətəndən ayrı düşmüş, Vətən həsrəti, Vətənə qovuşmaq arzusu ilə yaşayan, Vətən üçün qəlbi yanan Şəhriyarın ürəyində dönə-dönə təkrarlanıb və yalnız anasının Tehrana gəlişindən sonra qələmə alınıb. İki hissədən ibarət olan poemanın birinci hissəsi Tehranda, ikinci hissəsi isə Təbrizdə yazılıb. Vurğulanıb ki, sadə bir formada yazılan poema hələ əlyazma şəklində yayılaraq şöhrət tapıb və 2003-cü ilin mart ayında Təbrizdə nəşr olunub. Tədbir tələbələrin ifasında “Heydərbabaya salam” poemasının bədii qiraəti ilə davam etdi. Şairin şeirlərindən ibarət digər şeirlərin bədii qiraəti dinlənildikdən sonra M. Şəhriyarın həyat və yaradıcılığını özündə əks etdirən videoçarx nümayiş olunub.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)