Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“QILINC VƏ QƏLƏM” ROMANININ MÜZAKİRƏSİ.

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında M. S. Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları ilə birgə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilmiş Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının müzakirəsi keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov vurğulayıb ki, bu roman həm Azərbaycan tarixinin öyrənilməsi, həm də ədəbiyyatımızda Nizami dövr yaradıcılığına qiymət vermək cəhətdən dəyərli bir əsərdir. Sonra M. S. Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova ,Mərkəzi Kitabxananın metodika və biblioqrafiya şöbəsinin böyük kitabxanaçısı Nuriyyə Mədətova“M.S. Ordubadinin həyat və yaradıcılığı” haqda ədibin həyat və fəaliyyəti haqda ətraflı məlumat veribilər.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)