Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Cəlil Məmmədquluzadənin Hekayələrinin müzakirəsi.

15 mart 2019-cu il tarixdə Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Cəlil Məmmədquluzadənin Hekayələrinin müzakirəsi keçirilib.Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universiteti Elmi Şürasının katibi , riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin Azərbaycan ədəbiyyatındakı müstəsna rolundan , qüdrətli şəxsiyyətindən söz açıb. Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti Xanəli Kərimli “Cəlil Məmmədquluzadənin hekayələrində kiçik adam obrazı”,Azərbaycan dili və ədəbiyyatı kafedrasının professor Sədaqət Həsənova “Azərbaycan dilinin inkişafında Mirzə Cəlilin rolu” mövzularla çıxış etmişlər.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)