Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Novruz Bayramı Milli-Mənəvi Dəyərlərimizin əbədiyaşar rəmzidir”

Tədbiri giriş sözü ilə açan universitetin rektoru Saleh Məhərrəmov müəllim və tələbələri xalqımızın milli bayramı olan Novruz bayramı münasibətilə təbrik edib. Sonra AMEA Naxçıvan Bölməsinin Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, su, od, yel və torpaq çərşənbələrinin mahiyyətindən danışıb. “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Əsgər Qədimov milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyini vurğulayıb. Sonda tələbələrin mövzu ilə bağlı fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)