Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Cəli Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə “Oxunması zəruri olan kitablar” siyahısındakı əsərlərinin müzakirəsi adlı Dəyirmi masa keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilən Cəlil Məmmədquluzadənin “Hekayələr” kitabı müzakirə olunub. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında”, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamlara uyğun olaraq ölkəmizdə, o cümlədən muxtar respublikada silsilə tədbirlər keçirildiyini vurğulayıb. Jurnalistika və kitabxanaçılıq kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov Ali Məclis Sədrinin Oxunması zəruri olan kitabların siyahısında Mirzə Cəlil hekayələrinin yer almasını ədibin irsinə verilən ən yüksək qiymətin təzahürü kimi dəyərləndirib. Cəlil Məmmədquluzadənin zəngin və çoxcəhətli yaradıcılığından bəhs edilib. Bildirilib ki, qüdrətli qələm ustası ədibin zəngin irsi bədii-estetik düşüncə tariximizin parlaq səhifələrindəndir. Ədibin hekayələrinin müzakirəsində yaxından iştirak edən tələbələr Mirzə Cəlilin “Anamın kitabı” povestini də bədii təhlil ediblər. Rektor belə müzakirələrin keçirilməsinin tələbələrin mütaliə vərdişində əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.