Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Ağı janrı: funksiya və poetik imkanlar” adlı kitabın təqdimatı .

Martın 13-də Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Naxçıvan Dövlət Universitetinin müəlliməsi , filologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Nemətovanın “Ağı janrı: funksiya və poetik imkanlar” adlı kitabının təqdimatı keçirilib.Təqdimatı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, belə bir mövzunun araşdırılması xalqımızın mədəni və mənəvi irsinin mükəmməl şəkildə öyrənilməsi, unudulmaması və sonrakı nəsillərə ötürülməsi baxımından olduqca əhəmiyyətlidir.Təqdimatda “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının dosenti, filologiya üzrə doktoru Əbülfəz Əzimli ,AMEA Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Yurdoğlu Azərbaycan xalq yaradıcılığının janrlarından biri olan ağının folklorşünaslığımızda ilk dəfə olaraq müstəqil tədqiqat mövzusu kimi işləndiyini qeyd edib .Kitabın müəllifi, filologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Nemətova universitet mühitində yaradıcı insanların elmi-pedaqoji fəaliyyəti üçün göstərilən dövlət dəstəyinə görə minnətdar olduğunu bildirib.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)