Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanası növbəti kitab təqdimatına bələdçilik edib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatında əsaslı inkişafından söhbət açıb. Diqqətə çatdırılıb ki, bu sahə üzrə yazılan kitabların sayı artdıqca kənd təsərrüfatı ilə məşğul olan insanlar üçün də istifadə bir o qədər əlverişli olur. Mühasibat uçotu və maliyyə kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Mehriban İmanova kitabın məğzindən söhbət açıb.Bildirilib ki, kitabın I bölməsində müstəqillik dövrünün ilk illərində Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının resurs potensialının iqtisadi səmərəliliyinin yüksəldilməsindən, II bölməsində Naxçıvan Muxtar Respublikasında aqrar bazarın formalaşması problemlərinin geniş tədqiqat dövriyyəsinə cəlb edilməsindən, III bölmədə isə alimin müxtəlif illərdə yazdığı Azərbaycan Respublikasında, eləcə də Rusiya, Türkiyə və digər ölkələrdə ayrı-ayrı dillərdə nəşr olunmuş çoxsaylı məqalə və tezislərdən seçmələrdən bəhs edilib. Dünya iqtisadiyyatı və menecment kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Ceyhun Mahmudov vurğulayıb ki, kitab Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında aqrar sektorun problemlərinin tədqiqi və tədrisi ilə məşğul olan bakalavr, magistrlər, dissertantlar və doktorlar üçün nəzərdə tutulub. Sonra kitab haqqında fikirlər dinlənilib.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)