Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-illiyi.

25 yanvar 2019 –cu il tarixdə Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2019-cu il 21 yanvar tarixli Sərəncamına əsasən “Naxçınan Muxtar Respublikası -95” adlı sərgi yaradılıb.Muxtariyyətinin 95 illiyini böyük nailiyyətlərlə qeyd edən Naxçıvan Muxtar Respublikasında ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik və quruculuq yolu vətənpərvərliklə davam etdirilir. “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq”, – deyən dahi şəxsiyyətin bütün tövsiyələri qədim diyarda daim əldə rəhbər tutulur, sosial-iqtisadi inkişaf konsepsiyası uğurla həyata keçirilir. Gündən-günə gözəlləşən, yeniyeni uğurlara imza atan qədim diyar bu gün 5 minillik tarixinin ən parlaq dövrünü yaşayır. Təsadüfi deyil ki, ötən il Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı kimi mötəbər adları şərəflə daşıdı, dünya mediası tərəfindən geniş işıqlandırılan mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdi.Naxçıvan Muxtar Respublikasının yerləşdiyi region tarixboyu özünün daha çox strateji və siyasi əhəmiyyəti ilə diqqəti cəlb edib. Təsadüfi deyil ki, hələ qədim dövrdən bəri bu diyarı “Şərqin qapısı” adlandırırlar: Naxçıvan bu gün də Şərqin qapısıdır.Ulu Öndərimiz çıxışlarında dəfələrlə Naxçıvanın muxtariyyət statusunun qorunub saxlanılmasının vacibliyini xüsusi olaraq vurğulayıb. Bu mənada, muxtariyyət həm də Heydər Əliyev əmanətidir. Onun 95 illik yubileyinin muxtar respublikada dövlət səviyyəsində qeyd olunması, eyni zamanda, Heydər Əliyev siyasi xəttinə dönməz sədaqətin bariz nümunəsidir.Bu Münasibətlə Kitabxanada təşkil olunan sərgigə 150 kitab nümayiş olunmuşdur.Sərgi ilboyu nümayiş etdiriləcək.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)